"Qəzza zolağındakı Əl-Şifa xəstəxanasına bir tona yaxın ərzaq və təcili yardım ləvazimatları çatdırılıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətinin əlaqələndirilməsi idarəsi "X" sosial şəbəkəsindən məlumat yayıb.

Açıqlamaya görə, xəstəxanaya balıq (201 kq), zeytun konservləri, qarğıdalı, turşu (328 kq), fıstıq yağı, şokolad və mürəbbə (236 kq), xurma (50 kq), o cümlədən 118 tort, 60 butulka ketçup və başqa ərzaqlar çatdırılıb. Bundan əlavə, bəzi təcili yardım ləvazimatları da xəstəxanaya çatdırılıb.