HƏMAS qruplaşması ilə qarşıdurma şəraitində gəmiçilik şirkətləri İsrail limanlarına girməkdən çəkinir. Buna görə də idxaldan asılı olan İsrail ərzaq çatışmazlığı ilə üzləşə bilər.

Bu barədə İqtisadiyyat.az “Foreign Policy” jurnalına istinadən xəbər verir.

Məlumata görə, İsrailə malların çatdırılması ilə bağlı risklərin və xərclərin artması ölkənin ərzaq təhlükəsizliyini təhdid edir. Bildirilib ki, İsrail şəkər, bitki yağı, taxıl və mal-qara idxalından çox asılıdır. Kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı İsrailin ixracından təxminən üç dəfə çoxdur.

Qeyd edək ki, Azərbaycanın İsrail ilə ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 1 milyard 235 milyon 123 min dollar təşkil edib.

 

Gözəl Həşimova