İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində 4 saat müddətində döyüş əməliyyatlarını dayandırıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər veriri ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Adrai öz sosial şəbəkəsində yazıb.

“Ordu gün ərzində, yəni saat 10:00-dan 14:00-dək humanitar yardım məqsədilə qərbi Rəfah bölgəsində döyüş əməliyyatlarının taktiki dayandırılmasını həyata keçirəcək”, - paylaşımda deyilir.

O əlavə edib ki, Qəzza şəhərinin  bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Adrai, Cebaliya və Əl-Şücayyə bölgələrinin sakinlərinin təxliyyəsi üçün humanitar dəhliz yenidən yerli vaxtla saat 16:00-a qədər fəaliyyət göstərəcək.