İsrail silahlı qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində döyüş əməliyyatlarını yenidən dayandırıb. 

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Edri məlumat verib.

“Yerli vaxtla saat 10:00-dan 14:00-a kimi Xan Yunisin Əl-Salam və Əl-Manara bölgələrində döyüş əməliyyatları dayandırılıb”, deyə sosial o bildirib.