İsrail ordusu bir gündə Qəzza zolağında 450 hədəfə hücum edib və quru əməliyyatlarının ərazisini genişləndirməkdə davam edir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Son 24 saat ərzində IDF qırıcıları Qəzza zolağında HƏMAS-a məxsus 450 hərbi obyektə, o cümlədən əməliyyat komandanlıq məntəqələri, müşahidə məntəqələri və tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirib. IDF bölmələri quru əməliyyatlarını genişləndirməkdə davam edir", - bəyanatda deyilir.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İDF-nin birləşmiş döyüş qrupları Qəzza zolağında quru əməliyyatlarının genişləndirilməsi çərçivəsində terrorçulara, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbələr endirib. Quru Qoşunlarının əməliyyatlarının genişləndirilməsi çərçivəsində IDF-nin birləşmiş döyüş qrupları hərbçilərə hücum etməyə cəhd göstərən qruplara, eləcə də tank əleyhinə silahlardan istifadə etməyi planlaşdıran qruplara hücum edib.