İsrail hökuməti Qəzzada HƏMAS qruplaşması ilə əsir mübadiləsi razılaşmasını və 4 günlük müvəqqəti atəşkəsi qəbul etdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən məlumat verilib.

Məlumata görə, Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə məhbus mübadiləsi razılaşmasını müzakirə etmək üçün toplanan hökumət kabinetinin təsdiq etdiyi qərar açıqlanıb. Razılaşma çərçivəsində 50 məhbusun azad edilməsi və Qəzzada qarşıdurmaların 4 gün müddətinə dayandırılması nəzərdə tutulur.

Bəyanatda bildirilib ki, hər 10 əsirin azad edilməsi döyüşlərin əlavə bir gün də dayandırılmasına imkan verəcək.

Bəyanatda həmçinin vurğulanıb ki, İsrail hökuməti və ordusu bütün əsirlərin qaytarılmasını təmin etmək, HƏMAS-ı yox etmək və Qəzza zolağından İsrail üçün yeni təhlükənin olmaması üçün müharibəni davam etdirəcək.

İsrailin məlumatına görə, HƏMAS qruplaşması 239 israillini girov saxlayır.

 

Gözəl Həşimova