"İsrail Ali Məhkəməsi Qəzza zolağında HƏMAS tərəfdarları tərəfindən saxlanılan girovların bəzilərinin azad edilməsinə dair razılaşma ilə bağlı ölkə hökumətinin qərarına qarşı iddia qaldırılması barədə yayılan məlumatları rədd edib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, hakimlər yuxarı instansiya məhkəməsinin müdaxiləsinə ehtiyac olmadığı barədə qərar veriblər. Məhkəmə qeyd edib ki, müzakirə olunan məsələ müharibə, sülh və xarici siyasətlə bağlı mülahizələrə dərindən təsir edir və hökumətin səlahiyyətindədir.