İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində bir sıra antiterror reydləri keçirərək, ümumilikdə 33 fələstinlini ekstremist fəaliyyətdə iştirakda şübhəli bilərək saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında aparılan hərbi əməliyyatlar zamanı artıq axtarışda olan 2550-yə yaxın şəxs saxlanılıb. Onlardan 1300-ü HƏMAS qruplaşması ilə əlaqədə şübhəli bilinir.

 

Gözəl Həşimova