"İsrail dəniz yolu ilə Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı Kipr hakimiyyəti ilə danışıqlar aparır".

İqtisadiyyat.az xəbər verir ki, bunu "Finansal Times" qəzetinə müsahibəsində İsrail Prezidenti İsxak Hersoq deyib.

“Hazırda bu məsələ ilə bağlı Kipr hökuməti ilə ciddi danışıqlar aparılır. İsrail anklava daha çox humanitar yardımın gəlməsini təmin etməyə çalışır. Düzdür, Qəzzada çox çətin vəziyyətdə olan ərazilər var. Bu, müharibə zonası olduğu üçün baş verib", - deyə o, əlavə edib.