İspaniyada 2013-cü ildən qüvvədə olan, xaricilərə ev aldıqları və ya sərmayə qoymaları halında müvəqqəti və ya daimi yaşayış icazəsi verilməsini nəzərdə tutan “Qızıl Viza” tətbiqi ləğv ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançez Sevilyada keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, xarici sərmayəçilərin asanlıqla yaşayış icazəsi almasına imkan verən “Qızıl Viza” tətbiqinə keçən İspaniya, yaşadığı iqtisadi böhran səbəbiylə 2013-cü ildən bu günə qədər İspan şirkətlərinin iştirak etdiyi səhmlərə sərmayə yatırma imkanı təmin edib. O, bunu ən azı 500 min avro dəyərində olan daşınmaz əmlaka sahib olmaq, biznes qurmaq və ya almaq müqabilində verib.

İspaniyada “Qızıl Viza”dan faydalananların 96%-i bunu daşınmaz əmlak alaraq həyata keçirib. Bundan daha çox  Çin, ABŞ, Rusiya, İran və Venesuela vətəndaşları faydalanıb.