Avropa İttifaqı (Aİ) Ukraynada uzunmüddətli münaqişədə maraqlı deyil. 

İqtisadiyyat.az xəbər verir ki, bunu "El Mundo" qəzetinə müsahibəsində İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Xose Manuel Albares deyib.

"Aİ uzunmüddətli müharibənin davam etdirilməsində maraqlı deyil. Bizim istədiyimiz tək şey bu gün dünyaya sülhün qaytarılmasıdır, lakin bu, BMT Nizamnaməsi ilə müəyyən edilən çərçivədə ədalətli sülh olmalıdır", - o qeyd edib.