İsrailin xarici işlər naziri Eli Koen İrlandiya baş nazirinin açıqlamalarından sonra İrlandiyanın bu ölkədəki səfirinin Xarici İşlər Nazirliyinə çağırılması barədə göstəriş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. 

Qeyd edilib ki, İrlandiyanın baş naziri Leo Varadkar daha əvvəl şənbə günü doqquz yaşlı Emili Handin azad edilməsini alqışlayıb və "itkin düşmüş günahsız uşağın indi tapıldığını" bildirib.

"HƏMAS terror təşkilatı tərəfindən oğurlanan və Qəzza zolağında saxlanılan Emili Handinin azad edilməsi ilə bağlı İrlandiyanın baş nazirinin təhqiramiz ifadələrindən sonra mən İrlandiyanın İsraildəki səfirini töhmət üçün çağırdım", - Koen "X"də yazıb. 

İrlandiya kabinetinin rəhbərinə müraciət edən israilli nazir Emili Handinin yoxa çıxmadığını, terror təşkilatı tərəfindən qaçırıldığını diqqətə çatdırıb.

"Emili və daha 30-dan çox israilli uşaq HƏMAS tərəfindən girov götürülüb", - deyən Kohen İrlandiyanın baş nazirinin mənəvi dəyərləri itirdiyinə və reallığa qayıtmağına ehtiyacı olduğuna inandığını bildirib.