"Vətən üçün Tavuş" müxalifət hərəkatının lideri, Baş nazirliyə namizəd Baqrat Qalstanyan tərəfdarlarını cümə axşamı saat 10:30-da İrəvanın Respublika meydanında etiraz aksiyası keçirməyə çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, Qalstanyan bütün tərəfdarlarının aksiyalarda iştirak etməsini istəyib. 

"Sabah saat 10:30-da biz hər tərəfdən hökumət binasına yürüş edəcəyik, saat 11:00-da hökumətin iclası olacaq", - Qalstanyan bildirib.

Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyaları Bakı ilə İrəvan arasında Tavuş vilayətində sərhədin delimitasiyasına dair razılaşmanın əldə olunması xəbərindən sonra başlayıb.