İraqın müdafiə naziri Sabit Məhəmməd Əl Abbasi rəsmi səfəri çərçivəsində sabah Ankaraya gələcək. Abbasi Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​ilə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Görüş zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.