"İraqda hökumət tərəfindən avqustun 6-da məhdudiyyətlər tətbiq edilən "Telegram" sabahdan etibarən istifadəyə veriləcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İraqın Rabitə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qərar İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin göstərişi ilə verilib.

"Tətbiqə sahib olan şirkət İraq təhlükəsizlik orqanlarının vətəndaşların məlumatlarını sızdıran tərəfləri müəyyən etmək tələblərinə cavab verdikdən sonra qadağa götürülüb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, İraqın Rabitə Nazirliyi avqustun 6-da "Telegram"a girişin qadağan edildiyini, qərarın "yüksək səviyyəli hökumət rəsmilərinin tələbi ilə" qəbul edildiyini açıqlamışdı.

Qərara səbəb “dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması” olub.