İraq hökuməti Qəzza zolağına humanitar yardım olaraq 10 milyon litr yanacaq tədarük etmək niyyətindədir.

Bu barədə İqtisadiyyat.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, İraq hakimiyyəti yaralı fələstinliləri dövlət xəstəxanalarında və özəl tibb mərkəzlərində müalicə üçün qəbul etməyə hazır olduğunu da açıqlayıb.

 

Gözəl Həşimova