İranın 12-ci çağırış Məclisi (birpalatalı parlament) parlamentin ən yaşlı üzvü Əlaəddin Borucerdinin sədrliyi ilə ilk iclasını keçirib.

İqtisadiyyat.az xəbər verir ki, canlı yayımı "IRIB" telekanalı həyata keçirib.

Məclisin Rəyasət Heyətinin rəsmi açılışına qədər onun funksiyalarını parlamentin iki yaşlı və iki ən gənc üzvü yerinə yetirir.

İclas Qurani-Kərimdən ayələrin oxunması və bütün parlamentarilərin and içməsi ilə başlayıb.

Beləliklə, İranın yeni parlamenti işə başlayıb.

 

Gözəl Həşimova