İranın Azərbaycandakı səfirliyi ordunun Azərbaycan və Ermənistan sərhədinə hərbi texnikanın göndərilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

İqtisadiyyat.az İran mediasına istinadən bildirir ki, bununla bağlı İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

"İran Silahlı Qüvvələri tərəfindən ölkənin şimal-qərb sərhəd bölgəsinə (Azərbaycan-Ermənistan) hərbi yüklərin göndərilməsi ilə bağlı görüntülər əsassızdır. İran tərəfi sözügedən bölgəyə hərbi texnikanın göndərilməsini qəti şəkildə təkzib edir", bəyanatda qeyd olunub.

Gülşən Şərif