İranın 269 şəhərində su böhranı yaşanır.

İqtisadiyyat.az İran İşçi Xəbər Agentliyinə (ILNA) istinadən xəbər verir ki, bu barədə İranın Su Sənayesi sözçüsü Haşim Əmini su problemi ilə bağlı mətbuat konfransı keçirib.

İran rəsmisi ölkənin 269 şəhərində su böhranı olduğunu bəyan edib: “Məşhədin suyunu təmin edən "Dostluq" bəndi ağır vəziyyətdədir, Təbrizdə isə "Nəhənd" bəndi quruyub. Bəndlərdəki sular qənaətlə istifadə edilməlidir".

Ekspertlər hesab edirlər ki, ölkədə su böhranı yaşayış sahəsinin kiçilməsini, iqtisadi, sosial və mədəni münaqişələri özü ilə birgə gətirir. Bildirilib ki, İrandakı quraqlıq və administrasiyanın su ehtiyatlarını idarə edə bilməməsi son illərdə ölkənin bəzi əyalətlərində etirazlara səbəb olub.

 

Gözəl Həşimova