İran polisi 25 müxtəlif ölkəyə səfər etmək üçün saxta pasport və viza hazırlayan 12 nəfəri saxlayıb.

Bu barədə İqtisadiyyat.az "Tasnim" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, saxlanılanlar qanuni yolla İranı tərk edə bilməyən insanlara xidmət göstərən təşkilatda işləyirdilər.

Qurumun əməkdaşları dövlət qurumlarının saxta möhürlərindən istifadə ediblər.

Bildirilib ki, təşkilatın bəzi müştəriləri saxta sənədlərdən istifadə edərək ölkəni tərk edə biliblər. Polis ölkəni tərk edənlərin cinayət əməllərini aşkar etdikdən sonra onlar geri deportasiya ediliblər.

 

Gözəl Həşimova