Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsi isə həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Terrorçularla qarşıdurmada Çabaharda bir əsgər, bir Bəsic təhlükəsizlik qüvvəsi, bir mühafizəçi və iki polis ölüb.

Ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.

İndiyədək beş terrorçunun öldürüldüyü təsdiqlənib.

Hazırda Sərbaz, Rask və Çabahar şəhərlərində qarşıdurmalar davam edir və terrorçular təhlükəsizlik qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb

***

05:57

İranda iki polis məntəqəsinə hücum edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.

Onun sözlərinə görə, silahlı hücum əyalətinin Rask və Çabahar şəhərlərində baş verib.

Yerli KİV məlumat verib ki, atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.

Silahlı şəxslərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olduğu bildirilir.

Hazırda hadisənin təfərrüatları araşdırılır