İranda hicabsız qadınlar sərt şəkildə cəzalandırılacaq.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu vaxta kimi İranda hicab taxmayan məşhur qadınlar həbsxanada deyil, ictimai xidmət kimi meyitxanalarda işləməklə cəzalandırırdılar. Hətta hicab taxmadığı üçün cəza çəkən qadınların işlərinə qayıtması üçün “ruhi sağlamlıq hesabatı” tələb olunurdu.

Lakin bir müddət öncə İran prezidenti İbrahim Rəisi "İslami örtünmə qaydaları" məsələsinə toxunaraq hicab taxmayan qadınları hədələyib. Onun sözlərinə görə, çadranın açılmasının qarşısı mütləq alınacaq və bununla bağlı yeni qanun layihəsi müzakirə olunur.

Gülşən Şərif