İranın paytaxtı Tehranda “3+3” formatında xarici işlər nazirlərinin görüş başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edilir.

Qeyd edək ki, “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) baş tutan görüşə Gürcüstan qatılmayıb.

 

Gözəl Həşimova