"Qarabağın işğaldan azad olunması ilə bağlı mövqeyimiz aydın idi. Belə ki, biz Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

Kənani, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvandan qayıdarkən Zəngəzur dəhlizi ilə bağlı jurnalistlərə verdiyi açıqlamasını da şərh edib: “Biz nəqliyyat marşrutlarının hamıya fayda verəcək və firavanlıq gətirəcək şəkildə inkişaf etdirilməsi ilə razıyıq".

Xatırladaq ki, Ərdoğan Naxçıvandan qayıdarkən bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı İrandan müsbət siqnallar gəlib. Belə ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər.

 

Gözəl Həşimova