İranın İslamabaddakı səfiri və Pakistanın Tehrandakı diplomatik missiyasının rəhbəri yanvarın 26-da öz vəzifələrinə qayıdacaqlar. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş iki ölkənin xarici işlər nazirliklərinin birgə bəyanatında deyilir.

“Pakistan və İran İslam Respublikasının xarici işlər nazirləri arasında telefon danışığından sonra hər iki ölkənin səfirlərinin yanvarın 26-dək öz vəzifələrinə qayıda bilməsi barədə razılıq əldə olunub”, - deyə mətndə qeyd olunur.