"İranın ABŞ-la razılaşma çərçivəsində sərbəst buraxılan milyardlarla dollarlıq valyuta aktivləri yerli istehsalı dəstəkləmək üçün istifadə ediləcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi Tehranda keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əsirlərin mübadiləsini ehtiva edən razılaşma çərçivəsində ABŞ-ın birtərəfli sanksiyaları səbəbilə xaricdə bloklanan valyuta aktivləri sərbəst buraxılıb.

 

Gözəl Həşimova