İran Rusiyadan "Mi-28", "Su-35" və "Yak-130" aldığını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran müdafiə nazirinin müavini Seyid Mehdi Fərhi “Tasnim” agentliyinə bildirib.

Onun sözlərinə görə, İranın Rusiyadan "Mi-28" helikopterləri, "Su-35" qırıcıları və "Yak-130" təlim-döyüş təyyarələri alması ilə bağlı razılaşma yekunlaşıb.

Onların İrana çatdırılma vaxtı, eləcə də əməliyyatın məbləği açıqlanmayıb.

Xatırladaq ki, sentyabr ayında İran Hərbi Hava Qüvvələri Rusiya istehsalı olan ilk "Yak-130" təlim təyyarəsini alıb.

 

Gözəl Həşimova