"İran bazar günü Yer orbitinə yerli istehsal olan yeni tədqiqat peykini buraxıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

"Mahda" tədqiqat peyki iki tədqiqat peyki ilə birlikdə "Simorgh" daşıyıcı peyki tərəfindən uğurla kosmosa buraxılıb.

"Simorgh" Semnan əyalətindən 80 kilometr cənub-şərqdə yerləşən İmam Xomeyni Milli Kosmik Mərkəzindən kosmosa salınıb.

İran KİV-i xəbər verir ki, "Mahda" peyki İranın Kosmik Araşdırmalar Mərkəzi tərəfindən layihələndirilib, istehsal edilib və sınaqdan keçirilib.

"Simorgh" daşıyıcı raketi iki pilləli maye yanacaqla işləyən raketdir. Onun diametri 2,4 metr, çəkisi isə 80 tondur. Birinci nəsil daşıyıcı peyklər Yerdən təxminən 500 km yüksəklikdə olan orbitlərə çəkisi 100 kq-a qədər olan rabitə və zondlama peyklərini çıxarmaq qabiliyyətinə malikdir.