"İran ABŞ-nin sanksiyaları təhlükəsinə baxmayaraq, neft hasilatını artırdığı üçün İrandan Çinə neft idxalı rekord həddə çatıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Dünyanın ən böyük xam neft idxalçısı və İranın əsas müştərisi olan Çin 2023-cü ildə gündə orta hesabla 1,05 milyon barel İran nefti alıb. Bu, Çin gömrüyü tərəfindən 2017-ci ildə qeydə alınan sanksiyalardan əvvəlki yüksək göstəricidən 60 faiz çoxdur.

"Reuters" agentliyinin sorğularına və OPEC-in məlumatlarına görə, oktyabr ayında Tehranın neft hasilatı gündəlik 3,17 milyon barrelə yüksəlib ki, bu da Vaşinqtonun İrana qarşı sanksiyaları bərpa etdiyi 2018-ci ildən bəri ən yüksək göstəricidir.

Vortexa-nın məlumatına görə, İrandan Çinə idxal oktyabr ayında gündə təxminən 1,45 milyon barelə çatıb ki, bu da tarix boyu ən yüksək aylıq göstəricidir.