İran-Ermənistan dövlətlərarası avtomobil yolunun 234-cü kilometrliyindən sel keçib və torpaq sürşməsi baş verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsi məlumat yayıb.
Nəticədə Ltsen-Tatev yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Bildirilib ki, hazırda ərazinin təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.