İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik və Dəniz Qüvvələri (SEPAH) ilk dəfə olaraq dənizdən uzaq mənzilli ballistik raket buraxıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə SEPAH qüvvələrinin komandanı Hüseyn Salamiyə bildirib.

“Uzun mənzilli ballistik raket Aerokosmik Qüvvələri və SEPAH Hərbi Dəniz Qüvvələrinin birgə fəaliyyəti çərçivəsində döyüş gəmisindən uğurla buraxılıb”, - deyə H. Salamiyə vurğulayıb.