“Bizim Azərbaycan və Ermənistanın sülh sazişini imzalayacağına böyük ümidimiz var. İnanırıq ki, bölgəmizdə sülh xalqlarımızın rifahına xidmət edəcək. Gürcüstan bu gün də bu məsələdə vasitəçilik etməyə, dostluq formatı təqdim etməyə hazırdır. Cənubi Qafqazın hər iki ölkəsi məsələlərini həll etməlidir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda bildirib.