İpoteka və Kredit Zəmanət Fonduna məxsus daşınmaz əmlakların sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.

İqtisadiyyat.Az xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.

Fond ona məxsus daşınmaz əmlakların istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortasına dair elan etdiyi açıq tenderin nəticəsini də elan edib. Bu tenderin qalibi isə "Atəşgah Sığorta" ASC-dir.

Yanvarın 24-də hər iki sığorta şirkəti ilə satınalma müqaviləsi imzalanıb.