Azərbaycanda 2019-ci il üçün inflyasiya dərəcəsi 1.7 faiz göstərilir.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının rəsmi saytında göstərilib. Belə ki, 2019-cu ilin yanvar ayı üçün verilən inflyasiya rəqəmi 1.7 faizdir. Ötən ilin eyni dövründə isə inflyasiya 5.5 faiz olub. 2018-ci il üçün inflyasiya rəqəmləri belə sıralanıb: Yanvar – 5.5, fevral-4.7, mart-4, aprel-3.5, may-3.2, iyun-3, iyul-2.8, avqust-2.7, sentyabr-2.6, oktyabr-2.4, noryabr-2.3, dekabrda -2.3 faiz. İnflyasiya dərəcəsinin azalması ilə müstəqil ekspertlər tərəfindən birmənalı qarşılanmır.

Belə ki, hesab olunur ki, Mərkəzi Bank inflyasiya dərəcəsini inzibati qaydada aşağı salır. Bu isə iqtisadi sferanda inflyasiya dərəcəsinin azalmasının görünməməsi və xüsusilə də ərzaq bazarında bahalaşmanın davam etməsi ilə əlaqələndirilir.