İlin ilk tam Günəş tutulması aprelin 8-də ABŞ-nin 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən görünəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "USA Today" məlumat yayıb.

Qeyd edilib ki, bir çox insan aprelin 8-də ilin ilk tam Günəş tutulmasının şahidi olacaq. Tutulma Meksika, ABŞ və Kanadanın bəzi hissələri boyunca təxminən 186 kilometr enində bir cığırla keçəcək.

Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verən Günəş tutulmasını təkcə ABŞ-nin 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən müşahidə etmək olar.

Günəş tutulmasına şahid olmaq istəyən çoxlu sayda insan tutulmanın göründüyü bölgələrə axın edir.

Bildirilir ki, ABŞ-də Günəş tutulmasının müşahidə ediləcəyi ştatlarda yaşayış yerləri rezervasiyası 90 faizi keçib.

Ay tutulmasının təsiri bəzi bölgələrdə 4 dəqiqədən çox olacaq.