Bu ilin ilk Günəş tutulması başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, tutulma Bakı vaxtı ilə saat 19:42-də başlayıb.

NASA-nın məlumatına görə, məkandan asılı olaraq, qismən tutulma 70-80 dəqiqə arasında davam edə bilər. Günəş tutulması Ay Yerlə Günəş arasından keçdikdə baş verəcək və səma bir anlıq qaralacaq.

Tutulma aprelin 9-u saat 00:52-yə qədər davam edəcək.

Qeyd edək ki, ABŞ-nin şərq ştatlarında və Kanadanın cənub-şərqində tam günəş tutulması müşahidə olunacaq. Günəş tutulması Meksika, Kanada və ABŞ-ın 13 ştatında görünəcək, aypara şəkilli qismən Günəş tutulmasının isə hava şəraiti ilə əlaqədar olaraq 49 ştatda müşahidə ediləcəyi gözlənilir. ABŞ-də milyonlarla insan Günəş tutulmasını izləmək üçün tutulmanın göründüyü ərazilərə axın edir.

Məlumatda o da qeyd olunur ki, bu, son 7 ildə Şimali Amerikadan keçən ilk tam günəş tutulmasıdır.//Report//