ABŞ-ın hazırkı prezidenti Co Bayden ilin ən uğursuz siyasətçilərindən biri kimi tanınıb.

İqtisadiyyat.az xəbər verir ki, Baydenin də daxil olduğu Amerika siyasətçilərinin siyahısını "Fox News" dərc edib. Jurnalistlər qeyd ediblər ki, 2023-cü ildə “80 yaşlı baş komandan” seçicilər arasında aşağı reytinq qazanıb.

Yaşı və səhhəti ilə bağlı məsələlərlə yanaşı, Bayden radikal Fələstinin Həmas qruplaşması ilə münaqişədə İsraili dəstəklədiyi üçün ciddi tənqidlərlə üzləşib. Son həftələrdə seçicilər arasında keçirilən sorğular Baydenin reytinqinin aşağı olduğunu göstərib.