1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1186) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 7-ci hissəsinin 3.4.1-ci yarımbəndində “və “Tələbə-məzun” sistemi” sözləri “, Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemləri” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 292; 2016, № 7, maddə 1297) 1-ci hissəsində “tibb təhsilində əsas” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 5, maddə 802, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 3.4.1-ci yarımbəndində “və “Tələbə-məzun” sistemi” sözləri “, Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemləri” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il.