“Baş nazirin qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda deyib.

Dövlət başçısı bildirib ki, beynəlxalq təşkilatlarda bu və ya digər xalqlarımızın maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq: “Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Və Azərbaycanın bu məsələylə bağlı mövqeyi birmənalıdır”.