Ötən ay Rusiya neft ixracını sutkada 450 min barel azaldaraq 7,3 milyon barelə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.

Hesabata görə, neft ixracından əldə edilən gəlirlər mart ayı ilə müqayisədə 6,5% azalaraq 17,2 milyard dollara qədər azalıb. Buna baxmayaraq, 2023-cü ilin aprel ayı ilə müqayisədə neft ixracından gəlirlər təxminən 15% artıb.

Hesabatda deyilir ki, Rusiyada aprel ayında neft hasilatı sutkada 9,3 milyon barel təşkil edib ki, bu da "OPEC+" sazişləri üzrə gözlənilən hədəfdən hələ də 200 min barel aşağıdır.

 

Gözəl Həşimova