Dünya neft ticarətinin üçdə birinin keçdiyi Yaxın Şərqdə geosiyasi gərginlik əsas marşrutlar boyunca tədarükün kəsilməsi riskləri yaradır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yanvar hesabatında deyilir.

Məlumata görə, Yaxın Şərqdə artan gərginlik artıq bu ilin əvvəlindən neft bazarını uçuruma sürülləyir:

"Husilərin Qırmızı dənizdəki gəmilərə hücumları və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi əsas marşrutlar üzrə neft tədarükünü daha da poza bilər. Getdikcə daha çox gəmi Qırmızı dənizdən başqa marşrutlara yönləndirilir.

Süveyş kanalı vasitəsilə neft tədarükü üzrə təhlükə görünür. Belə ki, bu kanal vasitəsilə neft və neft məhsulları ticarətinin təxminən 10%-i (gündə təxminən 7,2 milyon barel) və bütün qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün 8%-i keçir".

 

Gözəl Həşimova