İsrail hakimiyyəti İranın artıq cümə günü onların ölkəsinə hücum edəcəyini mümkün hesab edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu BBC yazıb.

Bu tarix Qüds günü və müqəddəs Ramazan ayının son cümə günüdür.

Cümə axşamı İsrailin mərkəzi hissəsində GPS susdurulub. Bunu Qəzza zolağında döyüş bölgəsindən uzaqda yerləşən böyük şəhərlərin, o cümlədən Təl-Əviv və Qüdsün sakinləri də hiss ediblər.