İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının üzvlərində dəyişiklik edilərək ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının üzvləri Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələri ilə əvəzlənib.

İqtisadiyyat.az-ın məlumatına görə, yeni üzvlər Vüsal Cavanşir oğlu Qurbanov və Tural Hicrət oğlu Feyzullayevdir.

Qeyd edək ki, hazırda İSB-nin Himayəçilər Şurası sədr Azər Allahverdi oğlu Əliyev, sədr müavini Ülviyyə Kərim qızı Cabbarova, üzv Mətanət Alim qızı Nərimanlı və iki nəfər AMB nümayəndəsindən ibarətdir.