Qəzza əhalisi üçün humanitar yardım daşıyan 40-dan çox maşın və 5 yanacaq tankeri Rəfah keçid məntəqəsindən keçərək bölgəyə daxil olub.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bundan əlavə, səhər saatlarında Qəzzada yaralanan 9 nəfər Misir ərazisinə çatdırılıb. Son bir neçə saat ərzində isə 300-dən çox ikili vətəndaşlığı olan şəxs Rəfah keçid məntəqəsi vasitəsilə Misirə keçə bilib.

 

Gözəl Həşimova