Qəzza zolağının sakinləri üçün humanitar yardım daşıyan 40 yük maşını Sinay yarımadasının şimalında yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə anklav ərazisinə göndərilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Qahirə Əl-İxbariya" telekanalı məlumat yayıb.

Məlumata görə, dizel yanacağı olan 6 yanacaq tankeri də Qəzza sərhədini keçib.

Bundan əlavə, bu gün Qəzzada qalan ikili vətəndaşlığı olan 250 nəfər Misir ərazisinə təxliyə edilib.

 

Gözəl Həşimova