Hollandiya Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi göndərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, ayrılan vəsait döyüş sursatlarının tədarükü, texnika və silahlara texniki qulluq, kibertəhlükəsizliyin artırılması, eləcə də ölkənin bərpası və yenidən qurulması üçün istifadə olunacaq.

 

Gözəl Həşimova