"Bosniya və Herseqovina (BH) Aİ-yə daxil olmaq yolunda Hollandiya və digər ölkələrin dəstəyinə arxalana bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bölgədə səfərdə olan Hollandiya Krallığının Baş naziri Mark Rutte bildirib.

O, səfərinin ikinci günündə Bosniya və Herseqovinada dövlət rəsmiləri ilə görüşlər keçirib: "Gündəmin əsas məsələsi Aİ-yə üzv olmaq perspektivi idi. Bosniya və Herseqovinanın vahid və suveren ölkə kimi Avropa ailəsində öz yerini tutması bizim ümumi maraqlarımıza uyğundur".

Hazırda Aİ 27 ölkədən ibarətdir. Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro icmaya üzv olmaq üçün namizəd statusuna malikdir.