Hizbullah təşkilatı Radvan bölməsinin komandirinin ölümünü təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilat "Telegram" kanalında məlumat verib.

Daha əvvəl isə, "Reuters" agentliyi üç təhlükəsizlik mənbəsinə istinadən xəbər verib ki, Livanda yüksək rütbəli komandir İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. Onların məlumatına görə, ölkənin cənubunda atəşə tutulan avtomobildə komandir və qrupun digər üzvü olub. Mənbələrdən biri vəziyyətin indi gərginləşə biləcəyini vurğulayıb.

AFP təhlükəsizlik rəsmisinə istinadən qeyd edib ki, o, Hizbullahın İsrailə hücum etdiyi Livanın cənubunda hərbi əməliyyatların idarə olunmasında mühüm rol oynayıb.