Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək ölkəni tərk etməsini tələb edib.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, Hindistan hakimiyyəti göstərilən tarixdən sonra qalanların diplomatik toxunulmazlığını ləğv edəcək. Kanada Xarici İşlər Nazirliyi və Hindistan hökuməti isə bu məlumatı şərh etməkdən imtina ediblər.

Bildirilib ki, Kanadanın Hindistanda 62 diplomatı var və Yeni Dehli bu sayının 41 nəfər azaldılmasını tələb edib.

Qeyd edək ki, Kanadadakı "Sinkhx" icmasının lideri Hardip Sinkx Nijarın qətli ilə bağlı iki ölkə arasında diplomatik qalmaqal yaşanır. Kanada hakimiyyəti onu Hindistan kəşfiyyat orqanlarının bu ilin iyun ayında qətlə yetirdiyini iddia edir, qarşı tərəf isə bununla razılaşmır.

 

Gözəl Həşimova