Hindistan "Aditya-L1" peykini uğurla kosmosa göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (ISRO) məlumat yayıb. 

Qeyd edilib ki, Günəşlə Yer arasındakı "L-1 Laqranj" nöqtəsinə yerləşdirilməsi planlaşdırılan peyk Günəşin ən kənar təbəqəsini və günəş küləklərini müşahidə etmək üçün göndərilib.

"Aditya" peyki yerli vaxtla saat 11:50-də Andhra Pradeş ştatındakı Şriharikota kosmodromundan orbitə buraxılıb.

Layihə ISRO-nun Günəşin müşahidəsinə yönəlmiş ilk missiyası olacaq.

Layihəyə ayrılan büdcənin 46 milyon dollar olduğu iddia edilsə də, ISRO bununla bağlı açıqlama verməyib.